"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, "sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.
Cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub.
Xatırladaq ki, "Kəpəz" daha əvvəl Dioqo Verdaşka ilə müqavilənin müddətini uzadıb.

