Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor”la müqaviləsinin detalları müəyyənləşir.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Türkiyənin I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq.
“Qarabağ”ı bursalılara dəyişən 25 yaşlı oyunçunun 3 illik sözləşməyə qol çəkməsi gözlənilir. Toral yeni klubunun ən yüksək ödənişli oyunçularından birinə çevriləcək. Belə ki, onun “Bursaspor”da illik məvacibi 500 min avroya (təqribən 1 milyon manat) yaxın olacaq.
Futbolçu Azərbaycan millisinin qarşıdakı yoldaşlıq oyunlarından sonra yeni komandasına qoşulacaq.

