"Şimal" komandası 2026/2027 mövsümündə də futbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək.
Prosport.Az xəbər verir ki, Xaçmaz təmsilçisi buna çempionata vəsiqə uğrunda pley-off oyununda "Qaradağ Lökbatan"a qalib gəlməklə nail olub.
Şamaxı şəhər stadionundakı matç 2:1 hesabı ilə yekunlaşıb.
10:45
Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək.
Prosport.Az xəbər verir ki, "Şimal" - "Qaradağ Lökbatan" matçı Şamaxı şəhər stadionunda təşkil olunacaq.
Saat 16:00-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək.
Xatırladaq ki, "Şimal" cari mövsüm I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə başa vurub.

