Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb
Prosport.Az xəbər verir ki, Rodriqo Fernandeşlə yollar ayrılıb. Portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti başa çatıb.
25 yaşlı oyunçu bu ilin martında komandaya qoşulmuşdu.
Xatırladaq ki, "Şamaxı" bu gün Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla da yollarını ayırıb.

