"Kəpəz" rəhbərliyi kluba başqa sponsor tapmalı olacaq.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, "Birbaşa Bakı"nın himayədarlarının Gəncə təmsilçisi ilə bağlı planları həyata keçməyəcək.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, minifutbol üzrə ölkə çempionatda mübarizə aparan klubun dəstəkçiləri ilə aparılan danışıqlar yarımçıq dayandırılıb.
AFFA onların görmək istədiyi işləri məqbul saymayıb. Odur ki, bu məsələ artıq bağlanmış hesab edilməlidir.
İlyarım əvvələ qədər "sarı-göylər"in səhmlər paketi AFFA-ya aid idisə, indi bütün sənədlər Adil Vəliyevin adınadır.
Adıçəkilən iş adamı isə İdarə Heyətinin sədri vəzifəsindən getmək üzrədir.
Verilən məlumata görə, Vəliyev daha kluba maliyyə ayırmaq iqtidarını itirib.

