Kolumbiya Futbol Federasiyası DÇ-2026-nın final mərhələsi üçün milli komandanın yekun heyətini açıqlayıb.
Prosport.Az xəbər verir ki, baş məşqçi Nestor Lorenso əvvəlcə 55 futbolçudan ibarət geniş siyahı müəyyənləşdirsə də, yekun heyətə 26 oyunçu daxil edilib.
"Qarabağ"ın hücumçusu Kamilo Duran Azərbaycan Premyer Liqasında 9, Çempionlar Liqasında isə 5 qol vurmasına baxmayaraq, nəinki 26, hətta 55 nəfərlik heyətə çağırılmayıb.
Əvəzində Lorenso 35 yaşlı Xames Rodrigesə dəvət göndərib.
Qeyd edək ki, Kolumbiya millisi dünya çempionatının K qrupunda Portuqaliya, Özbəkistan və Konqo Demokratik Respublikası yığmaları ilə qarşılaşacaq.

