"Araz-Naxçıvan" baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssisin müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, Andrey Demçenko 2026-cı ilin yanvarında bu vəzifəyə təyin olunub. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib.

