“Neftçi”nin yetirməsi Murad Məmmədov komandadan ayrılıb.
Prosport.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Kiprin “Pafos” klubuna keçib.
Qeyd edək ki, 2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.

