Bolqarıstan çempionatında “Konfrans Liqası qrupu”nun XXXVI turunun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda "Çerno More"nin qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində çıxan həmyerlimiz 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra "Arda" 54 xalla 6-cı pillədə qərarlaşıb.

