Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov növbəti mövsümü də karyerasını "Sabah" klubunda davam etdirəcək.
Prosport.Az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Bakı təmsilçisi ilə razılıq əldə edib. Lakin onunla bağlanacaq müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, təcrübəli oyunçunun “Sabah”la hazırkı sözləşməsi iyunun 30-da yekunlaşacaq.
Stas Pokatilov başa çatan mövsümdə “Sabah” forması ilə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

