Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    PFL Dünya Liqaları Assosiasiyasına üzv oldu
    25.05.2026 11:55:33

    Peşəkar Futbol Liqası (PFL) Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olunub.

    Prosport.Az xəbər verir ki, bununla bağlı Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuter və PFL prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib.

    Perlemuter bir çox məsələlər, planlar ətrafında xoş müzakirələrin aparıldığı görüşlə bağlı beynəlxalq qurumun rəsmi saytına təəssüratlarını bölüşüb: "Azərbaycan Peşəkar Futbol Liqasını Dünya Liqaları Assosiasiyasında salamlamaqdan məmnunuq. PFL idarəetmə, liqa idarəetməsi və uzunmüddətli inkişaf yolu ilə peşəkar futbolun inkişafına güclü sadiqlik nümayiş etdirib. Biz PFL ilə işləməyi və beynəlxalq əməkdaşlıq, şəbəkə paylaşımı və üzvlərimiz arasında ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə onun inkişafını dəstəkləməyi səbirsizliklə gözləyirik".

    Elxan Səmədov da öz növbəsində məmnunluğunu bildirib: "Dünya Liqaları Assosiasiyasına qoşulmaq Azərbaycanda peşəkar futbol üçün mühüm bir mərhələdir. Son illərdə klublarımızın və liqamızın peşəkar strukturlarını gücləndirərkən yarışlarımızın təşkilini və baxımlılığını yaxşılaşdırmağa diqqət yetirmişik. Dünya Liqaları Assosiasiyasının bir hissəsi olmaq bizə dünyanın hər yerindən aparıcı liqalarla əməkdaşlıq etmək, təcrübə qazanmaq və mübadiləsini aparmaq, peşəkar futbolun gələcəyi ilə bağlı müzakirələrə töhfə vermək imkanı verəcək. İnanırıq ki, bu əməkdaşlıq həm meydanda, həm də ondan kənarda Azərbaycan futbolunun davamlı inkişafına dəstək olacaq".

    1100 klubun təmsil olunduğu üzvlər arasında İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa kimi "böyük beşlik" ölkələrinin liqaları – İngiltərə Premyer Liqası, İtaliya A Seriyası, İspaniya La Liqası, Almaniya Bundesliqası, Fransa Peşəkar Liqası (1-ci Liqa) və digər güclü futbol ölkələrinin liqaları da var.

    Bu görüşlə bağlı Dünya Liqaları Assosiasiyasının rəsmi saytında yayılan məlumatda təqdimat, planlanan qarşılıqlı münasibətlər, üstünlüklər və hədəflər barədə də ətraflı məlumat verilib: "Dünya Liqaları Assosiasiyası (WLA) və Azərbaycan Peşəkar Futbol Liqası (PFL) məmnuniyyətlə elan edir ki, PFL rəsmi olaraq Dünya Liqaları Assosiasiyasına ən yeni üzvü kimi qoşulub və bu da peşəkar futbol liqalarının qlobal şəbəkəsini gücləndirir.

    2008-ci ildə təsis edilən Azərbaycan Peşəkar Futbol Liqası, Azərbaycanın ən yüksək səviyyəli peşəkar yarışı olan Azərbaycan Premyer Liqası, eləcə də I Divizion və milli kubok yarışları da daxil olmaqla, ölkənin peşəkar klub yarışlarının təşkili və idarə olunmasından məsuldur. Son illərdə PFL yarışların idarə olunması, klub lisenziyalaşdırılması, kommersiya inkişafı, yayım, infrastruktur və azarkeşlərin cəlb edilməsi sahəsində təkmilləşdirmələr yolu ilə Azərbaycanda futbolu modernləşdirib və peşəkarlaşdırıb.

    PFL həmçinin idarəetmə standartlarını gücləndirmək və yerli futbolun uzunmüddətli inkişafı üçün daha dayanıqlı bir çərçivə yaratmaq üçün klublar və maraqlı tərəflərlə sıx əməkdaşlıq edib.

    Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, APFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.

    2016-cı ildə təsis edilən Dünya Liqaları Assosiasiyası dünya miqyasında peşəkar futbol liqalarını təmsil edir və futbolun beynəlxalq idarəetmə strukturları daxilində milli yarışların rolunu gücləndirmək üçün çalışır. Təşkilat liqalar arasında əməkdaşlığı təşviq edir və qlobal miqyasda peşəkar oyunun davamlı və balanslı inkişafı üçün tərəfdardır.

    Qeyd edək ki, indiyədək bu liqanın üzvlüyünə postsovet məkanı ölkələrindən yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilib. Noyabrda Çexiyanın paytaxt Praqada Dünya Liqaları Assosiasiyasının Baş Assambleyası və növbəti seçkilər keçiriləcək. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da bu tədbirə dəvət alıb.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Akademiya

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved