Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib" - Rəşad Sadıqov
    23.05.2026 22:16:47

    Azərbaycan Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Mövsümün son oyunu idi. Həqiqətən, avrokuboklara şansımız qalmadığı üçün matça köklənmək çətin oldu. Buna baxmayaraq, futbolçular əzmkar oyun göstərdilər. Bugünkü matç, dünən burda baş tutan “Sumqayıt” – “Qarabağ” oyunu (3:4) və digərləri, iddia qalmasa da, maraqlı keçdi. Bütün kollektivlər sona qədər mübarizə apardılar. Bu gün qələbə də qazana bilərdik, yaxşı şanslarımız oldu. Sadə səhvlərdən qollar buraxdıq. Mövsümü bitirdik, gələcəyi düşünmək lazımdır. Kollektivimizə, azarkeşlərimizə, rəhbərliyimizə dərin minnətdarlığımızı bildirirəm. Üç cəbhədə də sona qədər mübarizə apardıq. Hər birində son anda nəticəni əldən verdik. Vacib məqam odur ki, futbolçular əzmkar oynadılar. Nələrsə alınmadı, bunlardan nəticə çıxarmalıyıq.

    – Çempionatı necə dəyərləndirərdiniz?
    – Mükafatçıları, hamını təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, hər biri buna layiq idi. Bəzi məyus edən tərəflər var idi – meydançalar, oyunların fərqli stadionlarda keçirilməsi. Ancaq bu gün məğlub olan tərəfik, istədiyimiz nəticə olmadığı üçün çox şeyi danışmayacağam, fərqli anlaşıla bilər.

    – Buraxdığınız birinci qolda qapıçının kobud səhvi oldu. İkinci qolda da sanki hakim xətası var idi…
    – Aydın Bayramov özü də başa düşür ki, ilk qol onun məsuliyyəti idi. Amma Patrik Andrade də ağıllı zərbə vurdu. İkinci qoldan baş açmadım, VAR çağırdı, amma hakim öz qərarında qaldı. Sonuncu dəfə bizdə belə şey olanda, uzun müddət danışıldı. Görək, bu dəfə izah necə olacaq… Ümumiyyətlə, son iki matçda qaçırdığımız şanslar, buraxdığımız qollar ümumi mövsümün mənzərəsidir. Ötən illə müqayisədə daha yaxşı oyunlarımız oldu. Amma nəticələr olanda hər şey əla hesab edilir, nəticə olmayanda isə neqativ məqamlar önə çıxarılır.

    – Mükafatçılardan üçü əcnəbi baş məşqçidir…
    – İstər yerli, istərsə də əcnəbilər ambisiyalı komandalara gəliblər. “Sabah”, “Neftçi”… “Turan Tovuz”a gəlincə, Berdiyevdən əvvəl Ayxan Abbasov orda yaxşı sistem qurmuşdu. Berdiyev də əlavələr edib, transferlərlə komandanı fərqli səviyyəyə apardı. Amma məsələ tək əcnəbilərlə bağlı deyil. Klublar, klub rəhbərləri ciddi işlər görürlər, bunu danmaq olmaz. Hazırda iddialı komandalar ciddi seleksiya aparırlar. Bu, təkcə yuxarı pillələrdə qərarlaşanlara deyil, orta sıralarda olanlara da aiddir. Bu gün klub rəhbərləri çalışır ki, çempionatın səviyyəsi artsın və rəqabətə tab gətirsinlər. 8 il əvvələ boylansaq, görərik ki, klubların formalaşmasına çox vəsait ayrılmayıb. Amma bu gün hamı əlindən gələni edir. İnanıram ki, bu mövsüm ən azı üç klubumuz avrokuboklarda pley-off oynayacaq.

    – Maliyyə məsələsi vacibdir. Sizdən daha yüksək büdcəsi olanlarla rəqabət aparmaq çətin deyil?
    – Çətin deyil, amma əsas məsələ yayda seleksiyanı yaxşı etməkdir. Növbəti mövsüm daha rəqabətli yarış olacaq. Əlimizdən gələni edəcəyik ki, buna tab gətirə bilək. Uzun illərdir, Azərbaycanda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə ikinci olmuşduq, avrokuboklarda pley-offa getmişdik. Rəqiblər də bizə fərqli köklənirdi. Fikrimcə, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq.

    – Klub rəhbərliyi bu gün oyunu stadiondan izləyirdi. Sizcə, növbəti mövsümdə də bu hal davamlı olacaq?
    – Orxan Məmmədov futbolu sevir.  Bu klub 12 ildir fəaliyyət göstərir. Son 6 ildə mən də burdayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə həddindən artıq getməyib. Kubokun finalında məğlub olanda da meydana düşüb futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Onlara təşəkkür edirəm, biz əlimizdən gələni etdik, sadəcə bəzi məqamlar çatmadı ki, istədiyimizə nail olaq.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Futbol

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved