Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qəbələdə futbola baxmışam, bara getməmişəm ki" - Azər Bağırov
    23.05.2026 18:35:51

    Azərbaycan Premyer Liqasının XXXIII turunun “Kəpəz” – “Neftçi” oyunundan (0:1) sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Mövsümün son oyununda gənclərə şans verdik. Ola bilsin ki, onlar gələcəkdə Azərbaycan futbolunun əsas simalarına çevrilsinlər. Komandaya gələndə 6 oyunluq məğlubiyyətsizlik seriyası var idi. Çətin vaxtda bu işə başladıq. Legioner transferi olmadan komandanı liqada saxlamaq asan iş deyil. Klubdakı hər kəsə təşəkkür edirəm.

    – Hansı gənc oyunçuları xüsusi qeyd edərdiniz?
    – Şahnur və Raulu fərqləndirərdim. Onların üzərində diqqət var. Gənclərlə işləmək çox çətinlik yaratmışdı. Bu gün onlara şans vermək istədim.

    – Adınız “Şamaxı”yla hallanır. Bu məsələyə aydınlıq gətirə bilərsiniz?
    – Bu haqda danışmaq istəmirəm. Təki, hər şey Azərbaycan futbolu üçün uğurlu olsun.

    – Komandaya gəldiyiniz  vaxtdan etibarən demək olar, bütün rəqiblərdən xal ala bildiniz. Matçdan sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdi. Sanki Gəncə camiəsi sizə qarşı haqsızlıq edir…
    – Anlaşılmazlıq həmişə olur. Azarkeşlərdən razıyam. Gəncə fanatları futbolu bilirlər, rəhbərliklə də problemim yoxdur. Qalmağımla bağlı təklif də oldu, sadəcə beynimdə bəzi məsələlər var.

    – Daha yaxşı təklif aldığınızı dediniz. Nə üçün razılığa gələ bilmirsiniz?
    – Harda oluramsa olum, doğruluğun və verilən sözlərin arxasında dayanmağın tərəfdarıyam. Yəni, sabah büdcə problemi yaranarsa, hansısa çətinlik yaşanarsa, nəticədə azarkeşlərin qarşısında pis vəziyyətdə qalacağam. Bu gün bəlkə də kimlərsə bunu düzgün qəbul etməz, amma mən yüz ölçüb, bir biçəcəyəm.

    – “Şamaxı”nın oyununu izləməyiniz düzgün qarşılanmadı…
    – İfadəmə görə üzr istəyirəm, Qəbələdə futbola baxmışam, bara getməmişəm ki… Stadionda olmağım normal şeydir. Bunları nəyəsə bağlamaq düzgün deyil.

    – “Kəpəz” rəhbərliyi ilə münasibətiniz necədir?
    – Çox yaxşı. Sadəcə bəzi məsələlər var ki, onların dəqiqləşməsini gözləyirik. Qeyri-müəyyənliklər olduğu üçün qərar vermək çətinləşir.

    – Rəhbərliyin tələbi avrokuboklardır?
    – Xeyr. Bu məsələnin kökündə daha böyük məqamlar dayanır. Söhbət tək büdcədən getmir. Bir komandanın formalaşması üçün ən azı üç il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nəylə?

    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Futbol

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56
    Futbol

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33
    Futbol

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved