Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəhbərlikdən hansısa təklif olarsa, danışaram" - Yuri Vernidub
    23.05.2026 18:30:00

    Azərbaycan Premyer Liqasının XXXIII turunun “Kəpəz” – “Neftçi” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söyləyib.

    – Mövsüm başa çatdı. Heyətdə dəyişiklik çox olacaq?
    – Hədəfimizə nail olduq. Olduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq hüququ verir. Müqaviləsi bitən futbolçular var. Həqiqətən, heyətin gücləndirilməsinə ehtiyac var. Bir az vaxtımız olacaq, konkret bu işlərlə məşğul olacağıq. Klubun rəhbərləri var, onlar mənə suallar verəcək, mən də cavablandıracağam. Əminəm ki, növbəti mövsüm üçün güclü və geniş heyətimiz olacaq. Hazırda bu barədə nəsə demək düzgün sayılmaz. Məsələyə sabahdan baxacağıq. Kimlərin qalıb, kimlərin gedəcəyinə qərar verəcəyik.

    – Emil Balayev uzun müddətdən sonra milliyə çağırıldı. Yeni mövsüm komandanın əsas qapıçısı o olacaq?
    – Emili təbrik edirəm, son beş matçda əla performans göstərib. Milliyə çağırılmaqla mükafatını aldı. İşləməyə davam edirik, o, bizim liderimizdir. Hazırda kimin “bir nömrə” olacağını demək doğru olmaz. Toplanışda buna aydınlıq gələcək. Əlimdə üç qapıçı var və bu, çox yaxşıdır.

    – Yerli “bazar”dan hansısa legionerin “Neftçi”yə keçmək ehtimalı var?
    – Azərbaycanda yaxşı yerli və əcnəbi futbolçular var. Seçim etsəm, azərbaycanlıdan yana edərəm. İstərdim ki, onlar oynasın, milli komandalara çağırılsın və oyunları ilə töhfələr versin. Suala gəlincə, bəli, izlədiyimiz əcnəbi futbolçu var. Amma eyni mövqeyə həm yerli, həm də əcnəbi namizəd varsa, legioner futbolçu bir baş daha üstün olmalıdır ki, seçim ona yönəlsin.

    – Avrokuboklarda ilk oyuna hazırlıq üçün vaxt azdır. Bu, problem ola bilər?
    – Bu, tək bizə aid deyil. Ona görə əlimizdən gələni edəcəyik ki, problem olmasın.

    – Köklü dəyişikliklər edə biləcəksiniz?
    – Nəsə demək çətindir. Nələrin olacağını bilmirəm, hər varianta hazıram.

    – Məcbur deyilsiniz, amma “Neftçi” ilə yanaşı, milli komandamızı da düşünürsünüz. Yerli oyunçuları fikirləşən azsaylı əcnəbilərdənsiniz. Həm azarkeşlərə, həm mediaya göstərdiyiniz münasibətə görə sizə rəğbət var. Belə çağırış var ki, klubda uzunmüddətli layihənin parçası olasınız. Buna hazırsınızmı?
    – Daha bir ilim var, əlimdən gələni edəcəyim ki, yaxşı olaq. Məşqçi işi çətindir, bu gün at üstündə ola bilərsən, amma sabah düşmək ehtimalın da var. Rəhbərlikdən hansısa təklif olarsa, danışaram. Azərbaycanı, xalqınızı sevirəm. Burda olmaqdan məmnunam.

    – Ukraynada bir klubda uzun müddət çalışmısınız, amma ölkə xaricində uğurlu olsanız da, bir komandada çox qalmamısınız. Bu, təsadüfdür?
    – Ukraynada “Metallurq”da uzun müddət işləmişəm. O klubda akademiyadan başlamışam və bütün yaş qruplarını kemişəm. Daha sonra bir az Belarusda və Moldovada çalışmışam. Yenidən qayıdıb “Krivbass”da işlədim, liqada bürünc medal qazandım. Ukraynada da maraqlı layihələr olub. İndi burdayam, işimdəyəm. Təklif olarsa, danışa bilərəm. “Neftçi” kimi böyük klubdayam. Şərtlər də əladır, qalır işləmək.

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved