"Neftçi" "Kəpəz"lə oyundan öncə ciddi itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar” Premyer Liqanın XXXIII turunda Emil Səfərovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb 23 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. Səfərov komandasının “Sabah” üzərində 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada "sarı" alaraq vərəqə limitini doldurub. Odur ki, “Kəpəz”lə matçı kənardan izləyəcək.
Qeyd edək ki, mayın 23-də Mehdu Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 15:00-da çalınacaq.

