Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Sumqayıt” - “Qarabağ” matçında oyunçular arasında dava düşüb.
Prosport.Az xəbər verir ki, hadisə oyunun 70-ci dəqiqəsində baş verib.
“Qarabağ”ın hücumçusu Ramil Şeydayev “Sumqayıt”ın oyunçusu Danilo Beskorovaynı ilə dava edib.
Komanda yoldaşlarının və hakimlərin müdaxiləsindən sonra oyunçular sakitləşdirilib.

