Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Müqaviləm başa çatır, ancaq yenə də rəhbərliklə danışacağıq" - Saşa İliç
    22.05.2026 22:41:08

    Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (3:4) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Maraqlı oyun alındı. Hər iki komanda gənclərə şans verdi. Kifayət qədər qol epizodları oldu. Rəqib yenə də səhvlərimizdən qollar vurdu.

    – Mətbuatda yayılan xəbərlərə görə, “Sumqayıt”dan ayrılacaqsınız. Gedəcəksinizsə, hansı təəssüratlarla olacaq?
    – Gözəl təəssüratlarım var. Buranın insanları çox gözəldir. “Sumqayıt” top klub deyil, amma kifayət qədər çalışdıq ki, yaxşı yerlərdə olaq. Mənimçün maraqlı təcrübə oldu.

    – Nə üçün gedirsiniz?
    – Müqaviləm başa çatır. Ancaq yenə də rəhbərliklə danışacağıq, klubun istəkləri avrokuboklara vəsiqə olacaqsa, müəyyən xərclər lazımdır. Dəyişikliyə ehtiyac var. Demirəm ki, hazırki futbolçular pisdir, sadəcə reallıq var. Səviyyəli komanda minimum səhvlər etməlidir. Mövsümboyu sadə səhvlər buraxmışıq. Buna görə dəyişiklik olmalıdır.

    – Məşqçi kimi bir komandada çox qalmamısınız. İnsan olaraq səyahət etməyi sevirsiniz, ya istədiyiniz klubu tapmamısınız?
    – Hər şey məndən asılı deyil. Amma müəyyən ölkələrdə də kifayət qədər işləmişəm, mənim üçün maraqlı təcrübələr olub. “Sumqayıt” da böyük təcrübədir. Bu klubun çox yaxşı stadionu, bazası var. Lakin müəyyən irəliləyiş üçün dəyişiklik lazımdır.

    – Mövsümün əvvəlində demişdiniz ki, hədəfimiz avrokuboklara getməkdir. İndi geriyə qayıtsaq, yenidən bu fikirdə olarsınız?
    – Məsələ bu deyil. Futbolda çoxlu situasiyalar olur. “Lester” bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdü. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf idik. Səhvlər olmazsa, nəticə də gələr.

    – Bu mövsüm “Qarabağ”a qarşı yaxşı oyunlarınız olub. Nə üçün mövsümdə belə stabil ola bilmədiniz?
    – Qapıya 20 zərbə endiririk, amma neçəsi qol olur? Əsas odur, səhvlər az olsun. Bugünkü məğlubiyyətin digərlərindən fərqi yoxdur. Məğlubiyyət məğlubiyyətdir. Çoxlu səhvlər edirik və qollar buraxırıq. Cari mövsüm problemimiz bu oldu.

    – Azərbaycandan avrokuboklara vəsiqə qazanmaqçün hansısa spesifika lazımdır?
    – “Qarabağ” Avropada uğur qazanır. Bu mövsüm də Çempionlar Liqasında pley-offa yüksəldilər. “Araz-Naxçıvan”, “Zirə” kimi komandalar da mərhələ keçməyi bacarıb. “Sabah”a da inanıram ki, yaxşı nəticələr göstərəcək.

    – Büdcənin artırılması ilə bağlı zəmanət alsanız, klubda qalacaqsınız?
    – Dünyanın ən yaxşı məşqçisi olmaya bilərəm, amma plan üzrə çalışanda, işlər də qaydasında gedər. “Sumqayıt”ın kifayət qədər potensialı var. Bəzi məsələlər də həll olunsa, komanda avrokuboklara vəsiqə qazanar. Planlı işin tərəfdarıyam.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Futbol

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved