Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Silahsız uşaqlar böyük döyüş qazandı" - Qurban Qurbanov
    22.05.2026 22:28:04

    Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (3:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm, son oyun olsa da, istəkli idilər. Ümumi olaraq yaxşı oyun göstərdilər. Maraqlı mövsüm keçdi. Demək olar, futbola xas hər şey oldu. Qələbələr, məğlubiyyətlər, yerdəyişmələr… Maraqlı alındı. Sizləri, azarkeşləri narahat etmişiksə, üzürlü hesab edin. Futbol emosional oyundur. Bu gün də oyunun sonlarına yaxın gərginlik oldu. Bunlar futbolun sevilən tərəfləridir. Çalışıb, özümüzü daha sakit aparmalıyıq. Azarkeşlərimizə də təşəkkür edirəm, bu gün bizi dəstəksiz qoymadılar. Ümumiyyətlə, bütün matçlarda yanımızda oldular. Onlara bütün komanda adından təşəkkür edirəm.  Bir az istirahət edib, növbəti mövsümə hazırlaşacağıq. Yəqin, transferlərdən də suallar verəcəksiniz. İndidən deyim, işləyirik (gülür). Çempion olmasaq da, yaxşı mövsüm keçirdik.

    – Əsas məsələ kimlərin qalacağı, kimlərin gedəcəyidir. Xüsusilə, Elvin Cəfərquliyevin durumu nə yerdədir?
    – Gedəcək oyunçular açıqlanacaq. 1-2 günə daha dolğun açıqlama olacaq. Bizdən asılı olmayan məsələlər də var. Elvinlə bağlı danışıqlara açığıq. Bizimlə müqaviləsi var. Transfer məsələsi alınmazsa, növbəti qərarı sonra verəcəyik. Elvinə icazə vermişik ki, başqa klublarla danışıq aparsın.

    – Artıq bir transfer etmisiniz. Daha kimlər gələcək?
    – İş gedir, məlumatlar olacaq.

    – Zakaria Savonun gəlişi dəqiqdir? 
    – Müsbət danışıqlar gedir. Alınmaq ehtimalı böyükdür.

    – Ramil Şeydayev gedir?
    – Sabah qərar verəcəyik.

    – Geriyə boylananda hansısa məqama görə təəssüflənmisiniz? Haqsızlıq və ya nəsə səhv…
    – Haqsızlıqla bağlı danışmaq istəmirəm. Hakimlik məsələsinə gəlincə, onlar üçün çox ağır mövsüm keçdi. Bu il referilərdən çox danışıldı. Yəqin, tələblər də artıb. Bəzən elə gərgin matçlar oldu ki, bilmədilər nə qərar versinlər. Demək olar, hakimləri tənqid etməyən olmadı. Bu qədər çox müzakirə onlara təsir etdi. Düşünürdüm ki, onlar üçün mövsüm tez bitsə, daha yaxşıdır. Hər bir halda, hakimlik çox məsuliyyətli işdir. Diqqətli qərar verməyə məcburdurlar ki, başqa komandanın haqqına girməsinlər. Referilərə uğurlar, güc, qüvvət arzu edirəm. İstirahətə ehtiyacları var. Ümumi baxanda, “Qarabağ” tarixinin ən uğurlu ili oldu. Çempionlar Liqasında xallar qazandıq, pley-off mərhələsinə yüksəldik. Liqa mərhələsində 7 fərqli rəqiblə oynadıq, mərhələ adladıq. Bu, bizim üçün tarixi nəticə idi. Futbolçular çox yoruldular. Şükürlər olsun, vəzifəmizin öhdəsindən gələ bildik. Böyük futbolu fevralın sonuna kimi gördük, böyük həyəcan yaşadıq. Nəticələr futbolçulara da marağı artırdı, bir tərəfdən təkliflər gəlməyə başladı, parçalandılar, amma güc tapıb, toparlandıq.

    – Adınız “Beşiktaş”la hallanırdı. Maraqlıdır, təklif gəlsə, qəbul edərsiniz?
    – Adımı çəkən hər kəsə təşəkkür edirəm. “Qarabağ”la müqaviləm var.

    – Mövsümü həm çox maraqlı adlandıran, həm də əksini düşünən var. Sizcə, bu mövsümə son illərin ən maraqlısı demək olar?
    – Olar. Maraqlı il keçdi.

    – 3 ay əvvəl “Qarabağ”ın adı dünya gündəmində idi. Amma indi bəzi fikirlər var ki, komanda uğursuz mövsüm keçirib. Bu, sizi məyus etmir?
    – Özümə yox, futbolçulara görə bəzən pis oluram. Həqiqətən onlar böyük güc sərf etdilər. Bunlar Azərbaycan futbolu adınadır. Vaxt var idi, Çempionlar Liqasında qrupa düşməyi arzulayırdıq. Amma bu futbolçular daha artığını bacardılar. Mövsümü uğursuz adlandırmaq olmaz. 7-8 ay böyük futbolu Azərbaycanda hiss etdik. Oyunlardan sonra maraqlanırdım, deyirdilər ki, restoranlarda, şəhərin mərkəzində böyük ekranlar quraşdırılıb, matçlarımıza baxıblar. Bunlar futbolda böyük sevinc idi. Digər idman növlərinə hörmətimiz var, onlara baxan say olaraq azdır, amma futbolu bütün dünya izləyir. Üstəlik, yaxşı nəticələrimiz də oldu. Ona görə bu mövsümü uğursuz adlandırmaq bizə yaraşmaz. ÇL-də qələbə arzulayırdıq, pley-off yaşadıq. TOP-5 ölkələrinin komandaları ilə qarşılaşdıq. Böyük klublar bizimlə maraqlandı, “Qarabağ” haqqında danışdı. Açığı, mənə mövsümlə bağlı narazılıq edən olmayıb, hər kəs təşəkkürünü bildirib. Düşünmürəm ki, kimsə mövsümə görə bizdən narazı qalsın. Sadəcə futbolçulara haqda bəzən neqativ fikirlərə görə pis olurdum. Onların hər biri müxtəlif şəraitdə böyüyüb, inkişaf edib. Və burda “Qarabağ” üçün döyüşüb, tarixi nəticələr qazanıb. Lazım olanda vacib qələbələr qazanmışıq. Bəlkə belə qalibiyyəti başqa gün əldə etsəydik, bu qədər maraqlı olmazdı.  Belə deyim, silahsız uşaqlar böyük döyüş qazandı.

    – Bildirmisiniz ki, növbəti mövsüm “Qarabağ” ağırlığını ortaya qoyacaq. İstədiyiniz büdcə ayrılacaq?
    – Büdcə ilə bağlı ciddi problem görmürəm. Çox istərdik ki, daha böyük işlər görək, amma bəzi reallıqları qəbul etməliyik. Tək büdcə məsələsi deyil, bəzi futbolçular düşünür ki, Azərbaycana gəlmək və daha sonra Avropaya getmək çətindir. Büdcə məsələsində problem yoxdur. Artıq Avropa “bazarı”na girmişik, lazım olanda futbolçuların tələb etdiyi məbləği verə bilirik. O cümlədən, bizdən də müəyyən məbləğ qarşılığında oyunçu almaq istəyənlər var. Artıq öz çempionatımızda da “transfer bazarı” aktivləşib.

    – Bu gün 6 futbolçu debüt etdi. Onlar haqda fikirləriniz nədir?
    – Təəssüf ki, onları daim heyətə cəlb edə bilmirik. Ancaq hər məşqdə bəzilərinə yer veririk. Təlim-məşq toplanışında da 2-3 futbolçuya şans verəcəyik.

    – “Qarabağ”ı Avropa Liqasının finalında görürsünüz?
    – Yaxşı arzudur… Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Komandanı formalaşdırmaq üçün müəyyən vaxt lazımdır. İstəkli olacağıq, çalışacağıq ki, maksimum irəliləyək.

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved