Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin 2-ci iştirakçısı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, I Liqanın sonuncu - XXVII turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində 2-ci sıraya yüksəlib və adını pley-offa yazdırıb.
"Səbail" isə mövsümü 50 xalla 3-cü pillədə başa vurub.
Beləliklə, I Liqada 2-ci yeri tutan bölgə təmsilçisi Premyer Liqanı 11-ci sırada bitirən "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

