Mövsümü qızıl dubbla başa vuran "Sabah"da şok ayrılıq yaşanıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Coy-Lens Mikels Premyer Liqanın çempionunu tərk edib.
Hücumçu bu yay başa çatacaq müqaviləsinin müddətini uzatmayıb.
32 yaşlı legioner hazırda 19 qolla Premyer Liqanın bombardiridir. O, arxada qalan 32 turda meydana çıxdığı 25 matçda 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Ölkə kubokunda isə forma geyindiyi 5 qarşılaşmada 3 qol, 2 asistlə yadda qalıb.

