Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin 2-ci iştirakçısı bu gün müəyyənləşəcək.
Prosport.Az xəbər verir ki, I Liqanın sonuncu – XXVII turunda “Mingəçevir” “Səbail”i qəbul edəcək. Bu matçda qələbə meydan sahiblərini 2-ci pilləyə yüksəldəcəksə, qonaqlara heç-heçə də sərf edir.
Qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında, saat 17:00-da start götürəcək. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
“Səbail” hazırda 50 xalla 2-ci pillədə qərarlaşıb. “Mingəçevir” 48 xalla 3-cüdür.
Xatırladaq ki, I Liqada 2-ci yeri tutan komanda Azərbaycan Premyer Liqasında 11-ci sırada yer alan “Qəbələ” ilə pley-off matçında üz-üzə gələcək.

