Azərbaycanın 2 idmançısının Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatına aparılmamasının səbəbi bəlli olub.
Bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Prosport.Az-ın Frankfurta ezam olunmuş əməkdaşına müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünya və Avropa çempionu olmuş kata üzrə parakarateçi Emiliya Mitlinovanın gözdən əlillik dərəcəsi yeni qaydalara uyğun gəlməyib. Katada çıxış etməli olan Ramilə Heydərovanın adı isə maliyyə səbəbindən heyətdən çıxarılıb.

