Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.
Prosport.Az xəbər verir ki, yay transfer dövrü iyunun 19-dan sentyabrın 10-na (saat 23:59), qış transfer dövrü isə 2027-ci il yanvarın 14-dən fevralın 2-dək (saat 23:59) olan tarixləri əhatə edəcək.
2027-ci il martın 31-i isə azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.

