Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb.
Prosport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin siyahısında sürpriz bir ad da var. Belə ki, “Beşiktaş” rəhbərliyi illərdir “Qarabağ”a həm ölkədaxili, həm də beynəlxalq yarışlarda böyük uğurlar qazandıran Qurban Qurbanova göz dikib.
Məlumatda bildirilir ki, “ağ-qaralar” artıq 54 yaşlı mütəxəssislə bağlı ilk addımlarını atıb. Hazırda rəhbərlik Qurbanovu bu keçidə razı salmağa çalışır.
“Beşiktaş”ın siyahısındakı yerli mütəxəssislər isə Nuri Şahin, İlhan Palut və Arda Turandır.

