Azərbaycan Premyer Liqasında sona 1 tur qalmış 4-cü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqəni təmin edən “Neftçi” növbəti mövsümün ilk püşkatmasında səpələnmişlərdə yer alacaq.
Prosport.Az xəbər verir ki, 6,500 əmsala malik Bakı klubu I təsnifat mərhələsinin püşkü zamanı güclülər sırasında qərarlaşacaq.
Yuri Vernidubun komandasının 26 potensial rəqiblərindən 17-si artıq məlumdur. Həmin mümkün rəqiblər aşağıdakılardır:
“Liepaya” (Latviya), “Ilves”, “İnter Turku” (hər ikisi Finlandiya), “Santa Koloma” (Andorra), “Konnah”, “Penibont”, “Kaernarfon Taun” (hamısı Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Avropa” (Cəbəllüttariq), “Malışeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Heqelmann” (Litva), “Runavik” (Farer adaları), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nomme Kalyu” (Estoniya).
Qeyd edək ki, Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları iyulun 9-da və 16-da olacaq.

