Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın strateji xətti dəyişməyəcək" - Tahir Gözəl
    19.05.2026 23:17:04

    Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında  mükəmməl oyunlar sərgiləyən bir “Qarabağ” izlədi.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüş zamanı deyib.

    Funksioner Ağdam klubunun transfer siyasəti və ümumi idarəetmə modelindən bəhs edib: "Biz hər zaman olduğu kimi, səs-küylü addımlara deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır. “Qarabağ” uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək".

    Tahir Gözəl bildirib ki, akademiyanın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir: "Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb. Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətlə uyğunlaşmalarına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda “Qarabağ”ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir, bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk”.

    O, növbəti mövsümə dair gözləntilərini də bölüşüb. Klub prezidenti “Qarabağ”ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib: “Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırdıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə “Qarabağ”ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm “Qarabağ” üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi, böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq. “Qarabağ” olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm Premyer Liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. “Qarabağ” yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək,  mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdır”.

    Sonda Tahir Gözəl klubun bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib: “Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdır. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, komandamızı bir an belə, yalnız buraxmayan azarkeşlərimiz bir daha “Qarabağ” ailəsinin gücünü göstərdilər. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atılması da klubumuz üçün xüsusi qürur mənbəyi oldu. İnanıram ki, qarşıdakı mövsümdə də birlikdə yeni rekordlara və uğurlara şahid olacağıq. Əminəm ki, azarkeşlərimiz Avropada da bizi yenə tək qoymayacaq və “Qarabağ”ın ən böyük güclərindən biri olaraq komandamızın yanında olacaqlar. Bir daha futbolçularımıza, məşqçilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və hər zaman tribunada bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm”.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Akademiya

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved