"Qarabağ"ın yeni transferi Jali Muaddibin Ağdam klubuna keçidinin maliyyə detalları bəlli olub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, fransalı vingerin vitse-çempiona transferi böyük məbləğə başa gəlməyib. Sol cinah oyunçusu burada illik təqribən 300 min avro qazanacaq.
Növbəti illərdə isə bu rəqəm tədricən artırılacaq.
Qeyd edək ki, "Qarabağ" Jali Muaddiblə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

