“Qəbələ”nin konqolu futbolçusu Domi Massumo növbəti mövsüm də karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar” 23 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.
Bölgə təmsilçisi komandanın əsas futbolçularından biri ilə danışıqları yekunlaşdırmaq üzrədir. Tərəflər arasında şərtlər tam razılaşdırılacağı təqdirdə, Massumo qarşıdakı 2 mövsümdə də “Qəbələ”nin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Domi Massumo 2024-cü ilin yayından – “Qəbələ” I Liqada çıxış etdiyi dövrdən klubun formasını geyinir. Futbolçu cari mövsüm Premyer Liqada 32 matçda iştirak edib, 8 qol və 2 məhsuldar ötürmə ilə bombardirlər siyahısında yer alıb.

