Bu mövsüm "qızıl dubl" edərək azarkeşlərini sevindirən “Sabah” UEFA Çempionlar Liqası üçün güclü heyət formalaşdırmaq niyyətindədir. "Bayquşlar" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Prosport.Az sport1.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi Henri Onyekuru ilə yaxından maraqlanır.
Premyer Liqa klubu hazırda Türkiyənin “Gənclərbirliyi” komandasında çıxış edən 28 yaşlı vingeri transfer etmək niyyətindədir.
Qeyd edək ki, Nigeriya millisinin üzvü karyerası ərzində “Monako”, “Qalatasaray”, “Anderlext”, “Everton”, “Olimpiakos” və “Adana Dəmirspor” kimi klubların formasını geyinib.
Onun Ankara təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

