Sabah Mərdəkan qəsəbəsində yeni stadionun təməli atılacaq.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, konkret yer olaraq "Sea Breeze" ərazisi seçilib.
Bura "Sea Breeze Arena" adlandırılacaq. Futbol qurğusunun 5000 nəfərlik tututma malik olması nəzərdə tutulub. Layihədə UEFA standartları gözə alınıb.
Buna əsasən, məkan beynəlxalqmiqyaslı oyunları qəbul edə biləcək. Sonradan bura 2-ci və 3-cü dərəcəli ulduzun verilməsi gözlənilir.
Təqdimat mərasimi "See Brerze"dəki "Grand Hal"»da təşkil ediləcək. Burada futbol ictimaiyyəti ilə yanaşı, yüksək vəzifəli məmurların işirakı da planlaşdırılır.
"Sea Breeze"in təsisçisi tanınmış iş adamı Emin Ağalarovdur.

