Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Prosport.Az xəbər verir ki, mayın 22-də Binə qəsəbə stadionunda baş tutacaq XXVII turun “Zaqatala” – “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Qeyd edək ki, "Şəfa" XXVI turda çempionluğu təmin edib və Premyer Liqaya vəsiqə qazanıb.

