Bir neçə həftə öncə "Qarabağ"ın əsas komandasından uzaqlaşdırılan Elvin Cəfərquliyev yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcək.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, məqsədi karyerası ilə bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirmək, transfer qiymətini dəqiqləşdirməkdir.
Müdafiəçinin niyyəti Azərbaycanda qalmamaqdır. Sol cinah oyunçusu artıq dəqiq bilir ki, Qruban Qurbanov onu bağışlamayacaq, geri qaytarmayacaq.
Başa düşür ki, yerli klublardan heç biri ona görə istəniləcək transfer haqqını ödəmək iqtidarında deyil.
26 yaşlı futbolçu Avropanın bəzi ortabab klublarından təklif alıb. Portuqaliyadan "Braqa", Serbiyadan "Partizan", Macarıstandan "Ferensvaroş" - bunlar Elvinlə yaxından maraqlanan komandalar sırasındadır.
Hazırda əvəzedici heyətin sıralarında yer alan müdafiəçinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Son 2 həftədə sol cinah oyunçusuna yerli və xarici komandaların marağı artıb, amma hələ rəsmi təklif irəli sürən olmayıb.

