Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Allahın bizi mükafatlandırılacağını bilirdik" – Yuri Vernidub
    17.05.2026 22:07:12

    Azərbaycan Premyer Liqasının XXXII turunun “Sabah” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Düşünürəm ki, gözəl axşamdır. Qarşımıza qoyulan məqsədə çatdıq.

    – Bura gələndə əmin idiniz ki, hədəfə çatacaqsınız?
    – İşimizi elə qurmalıydıq ki, mövsümün sonunda istədiyimiz yerdə ola bilək. Bilirdim ki, 4-cü pillə bizdən çox uzaqdadır, amma qarşıda 19 oyunun olduğunu da nəzərə alırdım. 2025-ci ilin sonunda komandaya qoşuldum və qarşıda cəmi 2 matç var idi. Həmin görüşlərdən sonra fasilə yarandı və oyunçularla daha yaxından işləmək imkanı verdi. Qarşıdakı tapşırığın çətin olduğunu bilirdim, amma uğur qazanacağımıza inanırdım. Daha yaxşı oynamaq və daha çox çalışmaq lazım idi. Bunları etdikdə, Allahın da bizi mükafatlandıracağını bilirdim. Səmimi deyirəm, bu gün çox xoşbəxtəm.

    – Komandada əsas nəyi dəyişdiniz ki, bu nəticəni əldə etdiniz?
    – Futbolçularla fərdi danışdıq, nizamı bərpa etdik. Oyunçuları kifayət qədər yüklədik. Çünki anlayırdıq ki, biz “Neftçi”yik, bütün matçlarda “bir nömrə” kimi oynamalıyıq. Ən azı  “Sabah”, “Qarabağ”  səviyyəsində futbol sərgiləməyə çalışmalı idik. Komandada inam formalaşdırdıq və bunun nəticəsində yolumuza davam etdik. Futbolçuların məşqçilər korpusuna güvənməsi mühüm amillərdən biri oldu. Klubdakı bütün işçilərə təşəkkür edirəm, hər birinin böyük rolu var. Xüsusilə, rəhbərliyə təşəkkür edirəm. Onlar hər zaman yanımızda oldular, bizə dəstək verdilər. Bu, komandamız üçün çox vacib idi. Məhz bu amillər qələbələrimizin əsasını təşkil etdi.

    – Bu heyətlə Avropada uğur qazanmaq olar?
    – Komandaya gələndə bildirmişdim ki, mövsümün sonuna kimi heç kimlə yollar ayrılmayacaq. Bu məsələlərlə bağlı qərarların yayda veriləcəyini demişdik. Bəzi futbolçuların müqavilələri başa çatır. Başa düşürəm ki, Avropada yaxşı mübarizə aparmaq üçün yeni adlara ehtiyac var. İstəməzdim ki, Konfrans Liqasına gedib elə birinci mərhələdə dayanaq. Çempionlar Liqasında, Avropa Liqasında qruplarda iştirak etmişəm. Konfrans Liqasında da bunu etmək istəyirəm. Bütün bunları nəzərə alaraq, uyğun qərarlar verəcəyik. Görəcəyimiz işlər çoxdur. Hədəfə çatmaq üçün böyük əmək sərf etməliyik.

    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Futbol

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56
    Futbol

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved