"Qarabağ"ın 17 yaşadək komandası Fransanın Bretinyol-sür-Mer adlı regionunda keçirilən beynəlxalq turnirə 2 qələbə ilə başlayıb.
Prosport.Az-ın xəbərinə görə, dünən Fransanın "Nonter" komandası 1:0 məğlub edilib. Qolu komandanın bombardiri Riad Qaradağlı vurub.
Bu gün isə Fransanın "Plezir" komandası üzərində 2:0 hesablı qələbə qazanılıb. Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda bu gün Bakı vaxtı ilə saat 19:20-də Fransanın digər klubu "Red Star"la qarşılaşacaq.
Qeyd edək ki, yalnız qrup qalibləri yarımfinala adlayacaq. Yarımfinal və final görüşləri sabah keçiriləcək.

