Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Heç vaxt bu qədər uduzmamışdım, içim yanır" - Füzuli Məmmədov
    15.05.2026 21:53:07

    Azərbaycan Premyer Liqasının XXXII turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçuları oyuna kökləmək çətin idi. Çünki son matçda uduzmuşduq və liqanı tərk edəcəyimiz dəqiqləşmişdi. Bilirdik ki, çətin matç olacaq. İstəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Bunun üçün imkanlarımız var idi. Amma xırda səhvlərdən rəqib qollar vurdu. Premyer Liqa oyunlarının taleyini kiçik detallar həll edir. Belə səviyyədə hər nüansa diqqət etmək lazımdır. Çox məyusam, amma nə etmək olar? Həyat davam edir. Futbolçulara əziyyətlərinə görə təşəkkür edirəm.

    – Oyunun ilk hissəsi sönük keçdi. Lakin fasilədən sonra aktivləşdiniz. Futbolçulara nə dediniz ki, belə oynadılar?
    – 1-ci yarıda hücumda kəsərsiz oynayırdıq, rəqib müdafiəsi rahatlıqla topları alırdı. Fasilədən sonra əvəzetmə etdik və daha yaxşı olmağa başladıq. Amma təəssüflər olsun ki, qol vurduqdan sonra ardıcıl qollar da buraxdıq. Yenə deyirəm, futbolçuları motivasiya etmək çox çətin oldu.

    – Klubdakı taleyiniz necə olacaq?
    – Onu deyə bilərəm ki, çempionat davam edir və hələ rəhbərliklə konkret danışığımız olmayıb. Liqanın sonunda görüşəcəyik. Hazırda müqaviləm var və işimdəyəm. Vicdanla işimi sona çatdıracağam. Bundan sonra rəhbərliklə görüşümüz olacaq. Daha iddialı olacağıqsa, bu işdə varam.

    – Bəs, iddia olmasa...?
    – İstəyirəm ki, yenidən Premyer Liqaya qayıdaq. Olmayacaqsa, digər təklifləri dəyərləndirəcəyəm.

    – Təklif var?
    – İndi danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Əvvəlcə klubla danışacağıq və alınsa, qalacağam.

    – Komanda ilə bağlı hansı planlarınız var?
    – İstəyirəm ki, möhkəm komanda quraq. Bunun üçün imkanlarımız var. Hər şey arzu etdiyimiz kimi olsa, yenidən elitaya qayıda bilərik.

    – Demək olar ki, komanda üçün mövsüm bitib. Digər işlərə başlamağa gecikmirsiniz?
    – Qarşıda bir oyun var. Hər futbolçunun müqaviləsi mövsümün sonuna qədər keçərlidir. İşimizi layiqincə görməliyik. Bu gün də futbolçular vicdanla vuruşdular. Son matçda da belə oynamalıyıq. Qalan məsələlər rəhbərlikdən asılı olacaq.

    – Komandada I Liqada qalıb oynamaq istəyən futbolçular var?
    – Açığı, öz tərəfimdən nəsə deyə bilmərəm. Düşünürəm ki, yaxşı təkliflər olsa, onlar da istəyərlər.

    – Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundur?
    – Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarla münasibətim hər zaman yaxşı olub. Bəzən hansısa oyunçu ilə soyuqluq yarana bilər, o da onun qazandığı şansla bağlıdır. Futbolçularla danışıqlar zamanı istəyirik ki, münasibəti daha yaxşı edək. Ambisiyalı adamam, istəyirəm ki, yaxşı olaq. Karyeramda heç vaxt bu qədər uduzmamışdım, içim yanır. Rəqibin kimliyindən asılı olmayaraq, məğlubiyyəti qəbul edə bilmərəm. Futbolçuları motivasiya edirəm ki, oynayaq, döyüşək, qalib gələk,

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved