Azərbaycan milli komandasının üzvü Rüfət Abdullazadə yayda Xorvatiyaya yollanacaq.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Varajdin"in düşərgəsinə qayıdacaq.
Cari mövsümün 2-ci yarısını icarə əsasında "Zirə"də keçirən 25 yaşlı futbolçunun paytaxt klubunda qalıb-qalmayacağı hələ dəqiqləşməyib.
Qeyd edək ki, Rüfət Abdullazadənin "Varajdin"lə 2028-ci il iyunun 30-na qədər müqaviləsi var.

