Futbol üzrə Azərbaycan Kubokunun mükafatlandırma mərasimi baş tutub.
Prosport.Az xəbər verir ki, final qarşılaşmasından sonra iştirakçılara kubok və medallar təqdim olunub.
Mükafatları AFFA-nın prezidenti Rövşən Nəcəf, qurumun baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.
Ardıcıl 2-ci dəfə Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandasına qızıl, "Zirə"yə isə gümüş medallar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub.

