Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oyunçularım necə "ac" olduqlarını göstərdilər" – Valdas Dambrauskas
    13.05.2026 22:38:35

    Azərbaycan Kubokunun finalında keçirilən “Sabah” – “Zirə” oyunundan (2:1) sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    – Futbolçularımı təbrik etmək istəyirəm. Onlar mövsüm ərzində çox yaxşı oyunlar keçirdilər. Həqiqətən, qəhrəmandırlar. Mükəmmələ yaxın mövsüm keçirdik, 2 titul qazandıq, 33 oyunluq məğlubiyyətsizlik seriyası yaxaladıq. Liqanın bitməsinə 1 ay qalmış çempionluğumuzu təmin etdik, kuboku qazandıq. Bunlar futbolçuların əməyidir. Oyunçular necə "ac" olduqlarını göstərdilər. Onlar qələbələrə layiqdirlər. Əlavə olaraq, məşqçilər heyətinə, həkimlərə, meydançalara qulluq edənlərə, xadimələrə, hər kəsə təşəkkür edirəm. Klub rəhbərliyinə minnətdaram, onların dəstəyini hiss etdik, yanımızda oldular. Xüsusilə, idman direktorumuz Ramin Həsənov. Çalışdığım 10-cu klubdur və burda necə xüsusi insanlar işlədiyini izah edə bilmərəm. Klubda möhtəşəm atmosfer var. “Zirə”yə də uğurlar arzu edirəm, yaxşı çıxış etdilər, göründü ki, komandada məşqçi işi var.

    – Mikelsin, yoxsa Mbinanın qolu fantastik alındı?
    – Futbolçularımın vəzifəsi yaxşı oynamaqdır. Rəqibin fərqi yoxdur, hər zaman inamlı oynamağa çalışmışıq. Hər iki qolun önəmi böyükdür, fantastikdir. Bu qələbələrin arxasında komanda işi var. Mikels mövsümboyu möhtəşəm oynadı, amma o olmayanda, Parris, Xəyal var idi. Onlar önəmli qolların müəllifləri oldu. Futbolçularım qəhrəmandırlar. Fəxr edirəm ki, belə oyunçularım var, belə klubdayam.

    – 5 fərqli ölkədə kubok qazanmısınız. Nəticələri balla dəyərləndirsəniz, “Sabah”ı hansı sıraya qoyardınız?
    – Müqayisə etmək istəməzdim. Hər klub mənim üçün əziz olub. Hər kəsə yaxşı münasibət bəsləmişəm. Hamı titullar qazanmaq istəyir. Bəlkə də son kuboku qazanırsan. Amma karyeramda ən həyəcanverici “Hayduk”la qazandığım kubokdur. “Sabah”dakı nəticələrimiz də emosional və özəldir.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved