Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, final görüşündə “Sabah” və “Zirə” komandaları üz-üzə gəlib.
“Palms Sports Arena”da keçirilən qarşılaşma “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi oyunda qolları Eren Aydın (4-cü dəqiqə), Patrik Mbina (70-ci dəqiqə) və Coy-Lens Mikels (90+2-ci dəqiqə) vurublar.
Bununla da “Sabah” tarixində ilk dəfə “qızıl dubl” edib.

