AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyunların yeri və başlama saatı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.

