Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İtirəcək çox şeyimiz var" – Rəşad Sadıqov
    12.05.2026 19:06:58

    Azərbaycan Kubokunun finalında “Sabah” ilə “Zirə” arasında baş tutacaq final matçından əvvəl "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olunub.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə matçdan gözləntilərini bölüşüb.

    – Bizi olduqca önəmli oyun gözləyir. Matça yaxşı hazırlaşa bilmişik. Könül istərdi ki, daha çox vaxtımız olardı. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyunumuza çıxacağıq. Müəyyən yorğunluq, gərginlik var və bu da normaldır. Sabah ilk dəqiqələrdən həyəcanı, təzyiqi atıb, mövsümün ən yaxşı oyunlarından birini keçirmək istəyirik. Qarşımızda güclü komanda var. Baxımlı futbol oynayırlar və yaxşı məşqçilər heyəti var. Oyunun mahiyyətini başa düşürük. Əlimizdən gələni edib, qalib olmağa çalışacağıq.

    – Bu sualı “Zirə”nin baş məşqçisi yox, mütəxəssis kimi dəyərləndirməyinizi istəyirdim. Sabah kimi daha üstün görürsünüz?
    – Mövsümün geridə qalan hissəsi hər şeyi aydın göstərib. Amma finalda qələbə qazanmaq üçün nələr etməliyik deyə düşünürük. Oyun planımız, hədəfimiz var. Çalışacağıq ki, ilk dəqiqələrdən intizamlı olaq.

    – Həmkarınızın 7 titulu var, amma siz də kubokda 2 final oynamısınız. Təcrübə baxımından özünüz üçün hansısa üstünlük var?
    – Finallarda favoritlərlə qarşılaşmışıq. Bu il də qismətdən “Sabah”dır rəqib və çempiondur. Rəqibdə müəyyən psixoloji üstünlük var, daha inamlıdırlar. Məşqçiləri də təcrübəlidir, kubokları var. Bizim üzərimizdə təzyiq daha çoxdur, itirəcək çox şeyimiz var. Amma rəqibdə belə deyil, çempion olublar. Ona görə biz daha döyüşkən olmalıyıq. Çempionat yolu ilə avrokuboklara getmək çətin görünür. Ona görə demək olar, sabahkı matç bizim üçün son şansdır.

    – Sabah bir çox klubun azarkeşi “Sabah”a dəstək olacaq. Həm “Qarabağ”, həm “Neftçi”, həm “Turan Tovuz” onların qələbələrini arzulayır. Bu məqam sizin üçün əlavə motivasiya ola bilər?
    – Futbolçularla da bu haqda danışmışıq. Elə vəziyyət yaranıb ki, finaldakı məğlubiyyətimiz 4 komandaya sərf edir. Mən də onların yerində olsaydım, “Sabah”ın qalib gəlməsini istərdim. Amma ümumilikdə bu məqam bizim üçün hansısa əlavə motivasiya yaratmır.

    – Bundan əvvəlki finallarda yaxşı oynamısınız. Bu rəqiblə son duel bərabərliklə başa çatıb. Sabah onlara qarşı necə oynayacaqsınız?
    – Bəzi sualları burda cavablamaq olmur. Amma belə deyə bilərəm ki, hansısa sürpriz seçim düşünmürük. “Sabah” erkən qol vurub, rahat oynamağa çalışacaq. Bizim də planlarımız var. İstərdik ki, baxımlı oyun oynayaq. Sabah necə olacağını görəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik.

    – Son oyunu Qubada “İmişli”yə qarşı keçirmisiniz və çox güc sərf etmişdiniz. Bu, matça necə təsir edəcək?
    – Kubokla bağlı daha əvvəl ən çox narazılıq edən baş məşqçi mənəm. Hər mövsümə 1/8 finaldan başlayırıq. Bu dəfə də rəqibimiz “Neftçi” olmuşdu. Bu gün də final mövsüm bitməmişdir, indi də bundan gileylənirik. “İmişli” səfərində palçıqda oynamaq əlavə yorğunluq yaratdı. Oyuna çox güc qoya bilmədik. Məcbur olduq ki, bəzi futbolçuları dəyişək. Çünki orda 90 dəqiqə oynayan futbolçu hər an zədələnə bilər.

    – Həmkarınız Dambrauskasa fərdi duellərdə çox uduzmusunuz. Hansısa qisas düşüncəniz var?
    – “Sabah”a bu mövsüm 2 dəfə uduzmuşuq. Aqressiyam yoxdur, sevinirəm ki, çempionatımızda onun kimi məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərdə qarşılaşarıq. Bu, mənim üçün daha maraqlı olar.

    – Komandada əhval necədir?
    – Əhval yaxşıdır. Sabah üçüncü finalımızı oynayacağıq. Futbolçularıma təşəkkür etmək istəyirəm, 6 ilimdə 3 final gördük. Çempionatda 5 dəfə 2-ci, 1 dəfə 3-cü olmuşuq. Kubokda medallar uğrunda mübarizə aparmışıq. Liqada son 2 ilin gümüş mükafatçılarıyıq. Şəraiti nəzərə alsaq, futbolçulara çox sağ ol düşür. Yayda

    – Penaltilər seriyasına hazırlaşmısınız?
    – Bəli, təbii olaraq. Mən də Dambrauskasın yerində olsaydım, penaltilərə hazırlaşmazdım. Düşünürəm ki, sabahkı finalda oyun penaltilərə getsə, bizimçün uğurlu ola bilər. Biz də istərdik ki, qələbəni 90 dəqiqədə qazanaq. Liqada “İmişli” ilə matçda xal itirdik və liqa yolu ilə avrokuboklara getmək şanslarımızı azaltdıq. Orda fərqli gedişlər edə bilərdik, amma kuboka görə saxladıq. Əsas diqqətimiz burdadır. Futbolçularıma bu illərdə göstərdikləri mübarizələrə görə əvvəldən təşəkkür edirəm. Çalışacağıq ki, bu mövsümü də yaxşı yerdə bitirək. Nəticədən asılı olmayaraq, futbolçulardan qürur duyuram.

    – Futbolçuların ümumi durumu necədir?
    – Müəyyən problemlər var, bu gün də Hacıağa Hacılı zədələndi. Bu da “İmişli” səfərindəki yorğunluqla bağlıdır. Üzərimizdə aprel ayının yorğunluğu da var. Stressli matçlar keçirdik. Rəqib isə daha rahatdır, hazırlıq üçün çox vaxtları olub. Hər şeyə sıfırdan başlayacağıq.

    – Hacıağa sabah meydanda olacaq?
    – Yəqin ki, yox. Hacıağa bizim üçün çox önəmli idi.

    – Enrike sizin sisteminizdə çoxlu işlər görür. Amma sabah o da olmayacaq. Bu, sizə nə dərəcə problem yarada bilər?
    – Enrikenin yoxluğu ciddi sıxıntılar yaratdı. Məcburiyyətdən İssa Cibrillanı ardıcıl oynatdıq, çox güc sərf etdilər. Cinah futbolçularının üzərinə böyük iş düşdü. Enrikenin yoxluğu böyük itkidir. Həm hücumda, həm müdafiədə effektiv oynayırdı.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved