Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Başqa klubların taleyi bizi maraqlandırmır" – Valdas Dambrauskas
    12.05.2026 17:02:47

    Azərbaycan Kubokunun finalında “Sabah” ilə “Zirə” arasında baş tutacaq final matçından əvvəl "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı təşkil olunub.

    Prosport.Az xəbər verir ki, litvalı mütəxəssis əvvəlcə matçdan gözləntilərini bölüşüb.

    – Ardıcıl 2-ci ildir, kubokun finalındayıq. Hər ölkədə belə matçlar böyük hadisədir. Rəqibimiz “Zirə”ni təbrik edirəm ki, finala qədər gəliblər. İstəyirəm ki, sabah meydanda hər iki komanda yaxşı oyun göstərsin. Hər kəsi tribunaya dəvət edirəm, inanıram ki, onlar matçdan həzz alacaqlar. Titulumuzu qorumağa çalışacağıq. Karyeramda çox final oynamışam və necə çətin olduğunu bilirəm. Düşünürəm ki, sabahkı matçda çoxlu qollar, dramatik anlar olacaq. İstəyirəm ki, meydanda güclü olan komanda – “Sabah” qazansın.

    – Penaltilər seriyasına hazırlaşmısınız?
    – Hər nəticə ola bilər. Matç əlavə vaxta da gedə bilər. Drama, yorğunluq da mümkündür. Səmimi deyirəm, penaltilər seriyası üzərində işləməmişik. Ümumi olaraq, hər məşq sonu penaltilər üzərində çalışırıq.

    – Bu final sizin karyeranız üçün nə ifadə edir?
    – Mənim üçün böyük əhəmiyyət kəsb edir. Tarixi fürsətdir, bir mövsümdə 2 titul qazana bilərik. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyunu səbirsizliklə gözləyirik.

    – Kuboku qazansanız, “Neftçi” Konfrans Liqasına, “Qarabağ” Avropa Liqasına gedəcək. Onların bu oyuna diqqəti böyükdür. Üzərinizdə təzyiq var?
    – Nə üçün təzyiq hiss edək? Belə suallara nifrət edirəm. Kubokun finalıdır və 2 komanda üçün tarixi oyundur. Başqa şeylər haqqında düşünmürüm. Bütün diqqətimiz özümüzdədir, 3-cü komanda bizi maraqlandırmır. Qalib gələrsək, azarkeşlərimizi sevindirəcəyik, məğlub olsaq, məyus edəcəyik. Başqa şeylər haqqında danışmağın mənası yoxdur. Çalışacağıq ki, özümüz üçün oynayaq və matçdan qalib ayrılaq. Başqa klubların taleyi bizi maraqlandırmır.

    – Karyeranızda 7 titul qazanmısınız. Bunun üstünlüyü var?
    – Fərqli hisslərdir. Keçmişdə qazanılan uğur keçmişdə qalır. Çünki bunları fərqli komanda, fərqli oyunçularla bacarırsan. Təcrübəni hər gün məşqdə əldə edirsən. Finallar səni yaxşı məşqçi etmir. Həm biz, həm “Zirə” sabah qələbə üçün çalışacaq. Güclü olanın qazanacağını düşünürəm. İstəyirəm ki, maraqlı oyun olsun.

    – “Zirə”nin 5 müdafiəçi ilə oynayacağı gözlənilir. Bu cür komandalara qarşı oynamaq daha çətindir. Maraqlıdır, bunun üzərində işləmisiniz?
    – Hər şeyi danışsam, marağı qalmaz. Düzdür, “Zirə”yə qarşı hazırlaşmaq çətindir. Onları dəfələrlə təhlil etmişəm və məncə, böyük sürprizlər olmayacaq. 2 komanda da bir-birini tanıyır. Matçın taleyini kiçik detallar həll edəcək. Əvvəlki matçlara necə hazırlaşmışıqsa, buna da elə olacaq. Bizim hər zaman fərqli planlarımız olur. Üzərimizdə böyük təzyiq yoxdur və düşünürəm ki, meydana daha rahat çıxacağıq. İstədiyimiz oyunu sərgiləsək, meydanda yaxşı komanda biz olacağıq.

    – Adətən mövsümün son oyunu kubok olanda futbolçuları kökləmək çətin olur. Amma bu dəfə fərqlidir. Sizcə, finalın mövsüm bitməmiş olması daha yaxşıdır?
    – Bu məsələdə fikrim yoxdur. Qaydalara hörmətlə yanaşırıq. Məncə, finalın vaxtının çox önəmi yoxdur. Biz kimik ki, gəlib, nələrisə dəyişəcək.

    – “Omoniya”da işləyən zaman “Zirə”yə 6:0 hesabıyla qalib gəlmisiniz. Bundan əlavə, bu mövsüm də çempionatda 3 dəfə onları məğlub etmisiniz. Futbolda belə şey var ki, bir məşqçiyə nə qədər çox uduzursansa, aqressiya yaranır. Sabah Rəşad Sadıqovdan aqressivlik gözləyirsiniz?
    – Həqiqətən, bu cür statistikaların mənim üçün mənası yoxdur. Finaldır və 2 komanda üçün vacib məqamdır. Belə matçlar elədir ki, hər nəticə mümkündür. Məncə, 2 komanda da aqressiv olacaq və qələbə üçün çalışacaq.

    – “Zirə” qələbə qazansa, Avropa Liqasına gedəcək. Sizcə, bu, sizə problem yarada bilər?
    – Siz nə düşünürsünüz?

    – Məncə, daha istəkli olacaqlar…
    – Biz də istəkli olacağıq. Onlara problem yaratmağa çalışacağıq. Az səhv edən komanda qalib olacaq. İnşallah, ən yaxşı kollektiv titulu qazanar.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved