Futbol üzrə Azərbaycan Kubokunun final oyununa satılmış biletlərin sayı açıqlanıb.
Prosport.Az xəbər verir ki, satışa çıxarılmış 8131 biletin 7000-dən çoxu azarkeşlər tərəfindən alınıb.
Hazırda satışda təqribən 1000-ə yaxın biletin qaldığı vurğulanıb.
Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

