"Şəki Siti" II Liqada meydana 2 qapıçı ilə çıxıb.
Prosport.Az xəbər verir ki, XXVI tur çərçivəsində baş tutan "Şəki Siti" - "Göygöl" qarşılaşmasında (2:1) ev sahibləri heyət sıxıntısı ilə üzləşib.
Şəki təmsilçisi matça cəmi 1 ehtiyat oyunçu ilə qoşulub.
Heyət qıtlığı səbəbindən texniki zona hər iki qapıçının eyni vaxtda xidmətindən istifadə etmək məcburiyyətində qalıb.
Belə ki, Ayxan Qocayev qapını qoruduğu halda, digər qolkiper Çerkez Hüseynov meydanda oyunçu kimi mübarizə aparıb.

