Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün ən erkən qollarından biri vurulub.
Prosport.Az xəbər verir ki, XXXI turun "Neftçi" – "Şamaxı" matçında (3:0) hesabı açan kapitan Emin Mahmudov 1-ci dəqiqədə (47-ci saniyə) fərqlənib.
Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən 2-ci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə (38-ci saniyə) topu rəqib qapısından keçirib. Mahmudov kimi, almaniyalı futbolçu da "Şamaxı" ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.

