Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kru" MLS-də növbəti matçına çıxıb.
Prosport.Az xəbər verir ki, komanda "Nyu York Siti"nin qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Axundzadə oyuna ehtiyatda başlayıb və 79-cu dəqiqədə Piçardın əvəzinə meydana daxil olub.
"Kolambus Kru" 12 turdan sonra 12 xalla 12-ci sıradadır. "Nyu York Siti" isə 15 xalla 7-cidir.

