Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddib “Qarabağ”a keçidi ilə bağlı sualla qarşı-qarşıya qalıb.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, fransalı vinger klubunun son matçının ardından mətbuat önünə çıxıb.
Qarşılaşmanı dəyərləndirən 25 yaşlı sol cinah oyunçusu “Qarabağ”a transferinizlə bağlı nə deyə bilərsiniz”, sualı qarşısında “bu suala cavab vermək istəmirəm”, deyib.
Kipr mətbuatının iddiasına görə, Muaddib “Qarabağ”la müqavilənin bütün detallarını razılaşdırıb. Oyunçunun “Omoniya” ilə müqavilə müddətinin bu ayın sonuna qədər olduğu və onun Azərbaycan klubuna sərbəst futbolçu kimi keçəcəyi bildirilib.

