Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah"a qalib gəlməkdən başqa yolumuz yoxdur" – Yuri Vernidub
    10.05.2026 21:58:42

    Azərbaycan Premyer Liqasının XXXI turunun “Neftçi” – “Şamaxı” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.

    – Ukraynalı mütəxəssis Lobanovskinin komandalarının vizit kartı o idi ki, ilk dəqiqələrdən pressinq tətbiq edir, qol vurur və müdafiəyə çəkilir. Bu gün də “Neftçi” bu sistemlə göründü. Bunu bəyənirsiniz deyə, tətbiq edirsiniz?
    – Lobanovski böyük əfsanədir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etmək istəyirəm. “Neftçi” olaraq çalışırıq ki, adımıza layiq oyun göstərək. İlk dəqiqələrdən aqressiv olmalı, pressinq etməliyik. Bizdən aşağı sıralarda qərarlaşan komandalara tez qol vuranda oyun daha asanlaşır. Bəzən bu, yaxşı alınır. Bugünkü matçda da çox tez qol vurduq, əlavə şanslar yaratdıq. Amma bir neçə epizodda fürsətləri boşa verdik. 2-ci hissə isə edə bilmədiklərimizi etdik. Xoşdur ki, komandam vəziyyəti dərk edir və oyunun əvvəlindən müdafiədə qalmır.

    – “Qarabağ”ı 5 il idi məğlub edə bilmirdiniz və seriyanı siz pozdunuz. Komanda 3 ildir “Sabah”a da qalib gələ bilmir, bu həsrəti də başa çatdıra biləcəksiniz?
    – Başqa yolumuz yoxdur. Hazırda turnir cədvəlinə baxsaq, “Zirə” ilə aramızda 3 xallıq fərq var və bu, heç nə demək deyil. “Sabah”la matçda qələbə üçün oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümü yaxşı yerdə bitirək.

    – Qapıçı mövqeyində dəyişikliyi daha tez etməli olduğunuzu düşünmürsünüz?
    – Qeyri-adi bir şey görmürəm. Emil Balayev və Kenan Piriç yaxşı qapıçıdır. Sadəcə, “Qarabağ”a böyükhesablı məğlubiyyətdən sonra Emilə şans verməyi qərara aldım. Həmin matçdan sonra dəyişiklik etməli idim. Gələcək üçün deyə bilərəm ki, eyni səviyyəli 2 qapıçımız var. Düşünürəm ki, hər ikisi şansını qazanacaq.

    – Abubakar məsələsi necə olacaq? Hardadır, nə üçün oynamır?
    – Hər futbolçunun şansı olacaq. Daha əvvəl Ağadadaş haqqında suallar verilirdi, amma son 2 matçda o da oynayır. Məşqdə göstərdiyi əzmkarlığını bəyənirəm və buna görə şans verirəm. Kimlər yaxşı olacaq, onlar da şans əldə edəcək. Bu, bizim futbol fəlsəfəmizdir.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved