Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Heç bir klubla danışığım olmayıb" – Ayxan Abbasov
    10.05.2026 21:49:01

    Azərrbaycan Premyer Liqasının XXXI turunun “Neftçi” – “Şamaxı” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Son oyunları gözləyirik. Çempionatın elə yerindəyik ki, bəzi matçlar formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda 1 ev matçımız var, “Turan Tovuz”la qarşılaşacağıq. Hazırlaşacağıq, bəzi futbolçular var, onları meydanda görmək istəyirik.

    – Ardıcıl 2 güclü rəqiblə oynadınız və qol vura bilmədiniz. Futbolçuların oyunlara köklənməyində problem hiss edirsiniz?
    – 2 matçda 6 qol buraxmışıq. Buna qədər səhv etmirəmsə, az qol buraxan komandalar arasında 4, ya 5-də idik. Təqvimimiz ağır oldu. Bilirdik ki, son matçlar çətin keçəcək, rəqiblər daha iddialı kollektivlərdir. Bu oyunlardan əvvəl çempionatdakı yerimizi təmin etdik. Mövsümün sonudur və yorğunluq normaldır. Liqa bizim üçün gərgin keçdi. Görürsən ki, futbolçular istirahəti gözləyir. Bu da normaldır. Rəqibi də qeyd etmək lazımdır, onlar da hər matça final kimi yanaşır. Futbolçular ağır yolda canlarını qoydular. Azarkeşlərimizi sevindirmək istəyirdik, təssüf ki, alınmadı.

    – Sizcə, burdakı 1-ci oyunda, yoxsa bugünkü matçda “Neftçi”yə qarşı çox çətinlik çəkdiniz?
    – Şamaxıda 2:2 hesablı heç-heçə etmişdik və asan alınmamışdı. Həmin oyunda rəqib bizdən böyük ölçüdə fərqlənməmişdi. Düzdür, matçın sonları dramatik alınmışdı. Bugünkü görüşlə müqayisə etmirəm. “Neftçi” bu gün üstün idi, son matçlarda da yaxşı çıxış edirlər. “Qarabağ”ı məğlub etdilər, sonra “Karvan-Yevlax”a qalib gəldilər. Onların avrokubok yolu açılıb. “Neftçi” Azərbaycan futbolunun tarixidir. Potensialı var və daha yüksəkdə olmağa layiqdir.

    – Komandadakı taleyinizə aydınlıq gəlib? Təklif olsa, sizi fikrinizdən döndərə bilər?
    – Klubla danışmışıq və vəziyyəti təhlil etmişik. İnşallah, qarşıdakı 2 oyundan xal qazanıb, elə ayrılarıq.

    – “Şəfa”dan təklif var?
    – Belə söhbət olmayıb. Bir işə köklənməliyik, qarşıda ağır yol var. Heç bir klubla danışığım olmayıb.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved