Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çempionat bitdikdən sonra rəhbərliklə danışığımız olacaq" – Füzuli Məmmədov
    10.05.2026 20:00:20

    Azərbaycan Premyer Liqasının XXXI turunda “Karvan-Yevlax” səfərdə “Turan Tovuz”a 1:0 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    – Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda döyüşkən futbol sərgilədi. Rəqibi tam təhlil etmişdik və futbolçularımızı qələbəyə kökləmişdik. Oyunçularımız da qalibiyyət üçün çox çalışdı. Bir qol matçın taleyini həll etdi. Qələbə üçün sistemdə dəyişiklik etdik, əvəzetmələri yoxladıq. Amma Tovuz komandasının müdafiə xətti çox yaxşıdır. Rəqibi səhvlər etməyə məcbur etsək də çox diqqətli oynadılar. Bir qol epizodumuz oldu. Təəssüf ki, ondan da yararlana bilmədik. Buna baxmayaraq futbolçularım meydanda çox zəhmət çəkdilər. Hər birinə təşəkkürümü bildirirəm. “Turan Tovuz”u da təbrik edirəm. Avrokuboklarda onlara uğurlar arzulayıram.

     – Son 2 mövsümdə aşağı liqaya düşən komandalar orda cəmi 1 mövsüm qalıb təkrar Premyer Liqaya qayıdıblar. “Karvan-Yevlax"da belə potensial görürsünüzmü? Rəhbərliklə bu mövzuda söhbətiniz olubmu?

    –  İnfrastruktur baxımından komandanın növbəti il yenidən geri qayıtmağı üçün hər bir şərait var. Heyətdə də bu potensiala sahib olan futbolçular var. Bu məqsəd üçün çalışmaq istəyiriksə, yaxşı komanda qurmalıyıq. Çempionat bitdikdən sonra rəhbərliklə bu haqda danışığımız olacaq.

     – Hansı məqama görə təəssüflənirsiniz?

    – Bəzi oyunlarımız var idi ki, qələbə qazana bilərdik. Çox sadə səhvlər etdik və qollar buraxdıq. Çox məqamlar var. İtirdiyimiz xallar bizə su kimi lazım idi. Səfərdə “Turan Tovuz” kimi komandaya qalib gəlmək çətindir. Amma bəzi ev oyunlarımız var ki, onları qələbə ilə yekunlaşdıra bilərdik.

    – “Karvan-Yevlax” aşağı liqaya düşdükdən sonra sizin məşqçilik karyeranız hansı yöndə davam edəcək? Bununla bağlı hər hansısa danışıq və ya razılaşma varmı?

    – Rəhbərliklə hələ bu məsələ ilə bağlı danışığımız olmayıb. Çempionat bitdikdən sonra bəlli olacaq. Hər şey uyğun olarsa, yenidən Premyer Liqaya qayıtmaq üçün birlikdə çalışacağıq.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved